2021-ci il sentyabrın 10-da Bişkekdəki «Şeraton» otelində Qırğız-Türkiyə biznes forumu ticarət-iqtisadi əməkdaşlıq üzrə 10-cu Qırğız-Türkiyə Hökumətlərarası Komissiyası çərçivəsində keçirilir.
Bu tədbirdə Qırğız tərəfdən Nazirlər Kabinetinin sədri - Maripov U.A., Qırğızıstanın İnvestisiya naziri - Şikmamatov A.N. və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası yanında Qırğız-Türkiyə Biznes Şurasının həmsədri - Sarıqbek oğlu Temirlan iştirak edir.
Türkiyə tərəfdən isə vitse-prezident - Fuat Oktay, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri - Nail Olpak və Türkiyə-Qırğız biznes şurasının həmsədri - Aydın Mıstaçıoğlu iştirak edir.
Qeyd etmək lazımdır ki, bu biznes forum çərçivəsində Türkiyədən olan biznes nümayəndələrinə enerji, kənd təsərrüfatı, turizm, dövlət-özəl tərəfdaşlıq, sərbəst iqtisadi zonalar və digər infrastruktur layihələri sahəsində investisiya layihələri təqdim ediləcək.

