Türkiyə Enerji İstehsalçıları və Sahibkarlar Assosiasiyasının dəvəti ilə, Qırğız Respublikasının İnvestisiyalar naziri müavini N.M. Bayasov İzmir sərbəst iqtisadi zonasındakı ən iri külək və gün enerji stansiyalarını istehsal edən şirkətlərdə olub.
Nazir müavini N.M. Bayasov sahibkarlara Qırğızıstandakı külək və gün enerjisinin potensialı haqqında məlumat verərək, şirkətləri ölkəyə investisiya qoymağa dəvət etdi.
Türk istehsalçıları isə Qırğızıstanla sıx əməkdaşlığa və yaşıl enerjinin inkişafına müxtəlif dəstək verməyə hazır olduqlarını vurğuladılar.
Qeyd edək ki, İzmir bölgəsi Türkiyənin gün və külək stansiyalarını istehsal edən və bu stansiyaların ən çox yerləşdiyi bölgədir.

