Bu gün Qırğız Respublikasının Prezidenti yanında İnvestisiya Dövlət Agentliyinin müavini Nurjan Bardinova Berlin Economics şirkətinin direktoru Dr. Rikardo Cüççi ilə görüşüb.
Dr. Rikardo Cüççi qeyd edib ki, şirkət Almaniya hökumətinin dəstəyi ilə keçid iqtisadiyyatına malik ölkələrin iqtisadi tədqiqatlarını aparır. Hal-hazırda şirkət Qırğızıstan da daxil olmaqla yeddi ölkənin iqtisadiyyatı və investisiya cəlbediciliyini analiz edir. "Bu analiz təkliflərlə birlikdə Almaniya hökumətinə və alman biznes icmasına təqdim ediləcək", - deyə Rikardo Cüççi bildirib.
Digər tərəfdən, İnvestisiya Dövlət Agentliyinin müavini N. Bardinova Qırğız Respublikasında xarici investorların kapitalının qorunması, sərmayə sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və əlverişli investisiya mühitinin gücləndirilməsi məqsədilə bir sıra Prezident fərmanlarının qəbul edildiyini vurğulayıb.
Bundan əlavə, Qırğız Respublikasının "Sərmayə haqqında" qanununa da dəyişikliklər edilib.

