Qırğızıstan Respublikası Prezidentinə bağlı İnvestisiyalar üzrə Milli Agentliyin rəhbəri Ravşanbek Sabirov ELTR dövlət tele-radio şirkətinə verdiyi müsahibəsində Qırğızıstanın investisiya iqlimi, iqtisadiyyatın inkişaf dinamikası və investisiyaların cəlb edilməsi istiqamətində aparılan işlər haqqında danışdı.
O, investorlar üçün əlverişli şəraitlərin yaradılması, investisiya layihələrinin dəstəklənməsi və xarici kapitalın cəlb edilməsi ilə bağlı görülən tədbirlərə toxundu.
Həmçinin Qırğızıstanda keçirilən beynəlxalq investisiya və biznes-forumlar, ölkənin investisiya imkanlarını tanıtmaq və yeni investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək üzrə aparılan işlər haqqında məlumatlarla bölüşdü.
Ravşanbek Sabirov ölkənin iqtisadi inkişaf gələcəyi haqqında danışaraq, xarici investorlar üçün yaradılan yeni imkanları vurğuladı.



