Vətəndaşlar və cəmiyyətlə sürətli qarşılıqlı əlaqəni təşkil etmək məqsədilə Qırğız Respublikasının Prezidentinə bağlı İnvestisiyalar üzrə milli agentlikdə İctimai qəbul xidməti həyata keçirilir.
İctimai qəbulun fəaliyyətinin əsas istiqaməti - ərizəçilərin Qırğız Respublikasının qanunlarında təmin edilmiş imkanlarını və hüquqlarını izah etmək məqsədilə İctimai qəbul xidmətinə müraciət edən vətəndaşlara konsultasiya vermək və xidmət vəzifələrinin çərçivəsində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllində mümkün olan praktik yardım göstərməkdir.
Milli agentliyin rəhbərinin əmri ilə rəhbərin və müavinlərin tərəfindən vətəndaşların fərdi qəbul qrafiki təsdiqlənmişdir.
Vətəndaşların fərdi qəbulü Qırğız Respublikasının Prezidentinə bağlı İnvestisiyalar üzrə milli agentliyin binasında həyata keçirilir. Vətəndaşlara vaxtında məlumat vermək məqsədilə “etibar telefonu” - (0312) 30-03-67 fəaliyyət göstərir.
Qeyd edək ki, respublikanın uzaq bölgələrindən gələn vətəndaşlar növbəsiz qəbul edilir. Qəbuldan imtina edilməsinə yol verilmir.

